Zaur Həşimov qələbəni şərh etdi

19:06 - 8 Mart 2020

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 20-ci turunda "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikrini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

"Son turlar "Səbail" inamlı çıxış edirdi. Biz isə 4 turdur qələbə qazana bilmirdik. Oyuna yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyunda əlaqələri qaydasına saldıq və qələbə qazana bildik. Şafik Tiqruca uzun müddət zədəli idi, sağaldı, amma yenidən xəsarət aldı. İndi tədricən sıraya dönür".

Xəbər xətti