Baş məşqçi Rüfət Dadaşovdan danışdı

16:31 - 9 Mart 2020

ABŞ-ın “Feniks Rayzinq” klubunun baş məşqçisi Rik Şants Rüfət Dadaşovdan danışıb.

 

Sportal.az xəbər verir ki, amerikalı mütəxəssis 2-ci liqada mövsümün ilk turunda “Portlend-2” ilə qarşılaşmada (6:1) het-trik edən hücumçunun yaxşı qol duyumunun olduğunu söyləyib:

 

“Görünür, onun üçün hazırlıq matçları böyük məna kəsb etmir. Çünki hələ komandada qol hesabını açmamışdı. Bu oyunda isə əlinə düşən bütün imkanları qola çevirdi. Bilirik ki, Rüfət qol vura bilir. O, Solonun keçidlərinin sonunda bu imkanı əldə edir”.

Xəbər xətti