Asmir Beqoviç yığmaya qayıtdı

Mövsümün ilk yarısını "Qarabağ"da keçirən, hazırda isə İtaliyanın "Milan" klubunda icarə əsasında oynayan Asmir Beqoviç Bosniya və Herseqovina yığmasına dəvət alıb.

 

Sportal.az xəbər verir ki, yığmanın çalışdırıcısı Duşan Bayeviç 32 yaşlı qolkiperi milliyə qaytarıb.

 

Beqoviç sonuncu dəfə 2018-ci ildə Bosniya və Herseqovina yığmasında oyun keçirib. Yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçki təcrübəli simanı yığmaya dəvət etmirdi.

 

Azərbaycan çempionu "Qarabağ" mövsümün əvvəlində Beqoviçi "Bornmut"dan 4 aylıq icarəyə götürmüşdü. O, Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb. Qolkiper yeni klubu "Milan"da 2 oyun keçirib.

Tarix: 9 Mart [17:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio