"Mançester Yunayted" İqalonu saxlayacaq

"Mançester Yunayted" qış fasiləsində Çinin "Şanxay Şenhua" klubundan icarəyə götürdüyü Odion İqalonun transfer hüququna yiyələnəcək.

 

Sportal.az "The Sun"a isitinadən xəbə verir ki, "qırmızı şeytanlar" bu keçid üçün 6 milyon funt-sterlinq təzminat ödəyəcək.

 

"Şanxay Şenhua"da həftəlik 240 min funt-sterlinq qazanan nigeriyalı hücumçu Mançester klubunda bu məbləğin yarısına razılaşıb.

 

30 yaşlı futbolçu "Mançester Yunayted"də 8 oyun keçirib və 4 qol vurub.

Tarix: 17 Mart [11:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Aprel 2020
31  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio