RƏSMİ: UEFA Avropa çempionatını 1 il təxirə saldı

16:13 - 17 Mart 2020

UEFA Avropa çempionatını 1 il təxirə salıb.

 

Sportal.az xəbər verir ki, koronavirus pandemiyasına görə qurum turniri 1 il təxirə salmağı təklif edib. UEFA-ya üzv olan 55 ölkənin federasiyası, Avropa klublar birliyi və FIFPro bu təklifi qəbul edib.

 

Qitə futbol qurumunun rəsmi açıqlamasında turnirin 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcəyi qeyd edilib.

 

Avropa çempionatının 4 matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti