Levandovski və həyat yoldaşı koronavirusla mübarizə üçün 1 milyon ayırdı

23:23 - 21 Mart 2020

Münhen "Bayern"inin hücumçusu Robert Levandovski koronavirusla mübarizə üçün yardım aksiyasına qoşulub.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı oyunçu karateçi həyat yoldaşı Anna Levandovska ilə birlikdə pandemiya ilə mübarizəyə 1 milyon avro ayırıb. Polşalı hücumçu yardımla bağlı bu sözləri deyib:

 

"Baş verənlərin ciddi olduğunu anlayırıq. Çətin vəziyyətdir. Artıq hər birimiz eyni komandada mübarizə aparırıq. Bu müharibədə güclü olmalıyıq. Mübarizəyə güc qatacaq hər kəsdən dəstək gözləyirik". 

 

Levandovskinin "Bayern"dəki komanda yoldaşları - Leon Qoretska və Jozua Kimmix "We kick Corona" adı ilə qurulan fonda 1 milyon avro bağışlayıblar. Onlarla yanaşı, "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane də fonda 1 milyon avro yatırıb.

Xəbər xətti