Koronavirusa yoluxan Dibalanın sevgilisindən açıqlama - FOTOLAR

Koronavirusa yoluxan “Yuventus”un futbolçusu Paulo Dibalanın sevgilisi Oriana Sabatini açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı müğənni 26 yaşlı hücumçu ilə birgə karantində olduğunu deyib:

 

“İndi özümüzü yaxşı hiss edirik və istirahətdəyik. Bir neçə gün əvvəl pis idik. Həkimlər vitamin yazdılar. Növbəti testi martın 31-i verəcəyik. Koronavirus qrip kimidir. Bütün bədən ağrıyır və yorğunluq hiss edilir. Ağ ciyərlərimdə də ağrı vardı. Məndən sonra Dibala da pisləşdi”.

 

Paulo Dibalanın sevgilisi ilə birgə koronavirus testi müsbət çıxıb.

 

 

Tarix: 26 Mart [14:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio