Serqey Karyakin: "Həyat Teymur Rəcəbovun FIDE-dən daha uzaqgörən olduğunu göstərdi"

Rusiyalı qrossmeyster Serqey Karyakin Yekaterinburqda şahmat üzrə iddiaçılar turnirinin koronavirusa görə dayandırılmasına münasibət bildirib.

 

Sportal.az "Sovetski Sport"a istinadən xəbər verir ki, 30 yaşlı qrossmeyster doğru qərar verildiyini deyib: 

 

"Uçuşlar dayandırılıbsa, belə vəziyyətdə turnir davam edə bilməz. İştirakçılar və yarış təşkilatçılarını qısa müddətdə təxliyə etmək çətin işdir. Əcnəbi iştirakçılar hələ öz ölkələrinə uça bilməyəcək. Bu, doğru qərar idi. Əslində, ilk turdan sonra yarış dayanmalı idi. Bir az nəfəs alaq. Dünyada koronavirusla bağlı vəziyyət normal olduqdan sonra yarışa davam edək".

 

Karyakin turnirdən imtina edən Teymur Rəcəbovun qərarından danışıb:

 

"Fikrimcə, FIDE (Beynəlxalq Şahmat Federasiyası) səhv etdi. Hələ turnir başlamamışdan öncə Rusiyanın idman nazirliyi ölkə daxilindəki yarışları dayandırdı. Rəcəbov mənim dostumdur. Bu vəziyyətdə ona görə üzgünəm. Teymur oynamaqdan imtina etmədi. O, indiki vəziyyətdə yarışın keçirilməsinə qarşı idi. Vəziyyət normal olduqdan sonra oynamağa hazır idi. Həyat Teymurun FIDE-dən daha uzaqgörən olduğunu göstərdi. O dedi ki, turnir başlamamlıdır. Rusiyanın idman nazirliyi də belə bildirdi. Ancaq FIDE yarışı başlatdı".

Tarix: 26 Mart [18:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 Mart 2020
30  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio