"Maaşların azaldılması təklifini Messi etdi"

“Barselona”nın futbolçuları maaşların 70 faizindən imtina ediblər.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın kapitanı Lionel Messi "Instagram" hesabında məlumat yayıb. O, koronavirus pandemiyasına görə fəalliyyətini dayandıran kluba çətin anlarda kömək etmək üçün bu addımı atdıqlarını bildirib.

 

Argentinalı oyunçu klubda çalışan işçilərə maddi yardım edəcəklərini qeyd edib.

 

Klub prezidenti Xosep Bartoemu futbolçuların fədakarlığı barədə bunları deyib:

 

“Messi ilk gündən bildirdi ki, maaşlar mütləq azaldılmalıdır. Bu, Leonun kluba sadəqətini təsdiqləyən jestdir. Klubdan kənar və məlumatsız insanların oyunçuların maaşlarının endirilməsinə razılaşmaması barədə çıxan xəbər futbolçuların xoşuna gəlməyə bilər. Danışıqları mən və icraçı direktor Oskar Qrau aparıb. Başa düşürük ki, futbolçuları doğru olmayan duruma gətirdik".

Tarix: 31 Mart [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio