Maradonadan klubuna jesti

11:40 - 5 Aprel 2020

Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Armando Maradona koronavirus səbəbilə gəlirləri azalan kluba jest edib.

 

Sportal.az xəbər verir ki, bu barədə La Plata təmsilçisinin prezidenti Qabriel Pelleqrino məlumat verib: "Maradona ilə söhbət edirdik. O, mövcud vəziyyətlə əlaqədar maaşının azaldılmasını təklif etdi".

 

Pelleqrino Argentina futbolunun canlı əfsanəsi ilə müqavilənin avqustda başa çatacağını, ancaq buna həmiyyət vermədiklərini və yola davam edəcəklərini əlavə edib.

 

Argentinada futbol yarışları martın 17-dən dayandırılıb.

Xəbər xətti