"Bayer" qapıçı aldı

23:09 - 8 Aprel 2020

Almaniyanın "Bayer" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, leverkuzenlilər III Bundesliqa təmsilçisi "Kayzerslautern"in qapıçısı Lennart Qrilli heyətinə qatıb. 21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

 

Almaniyanın U-21 millisinin üzvü yeni mövsümdən "Bayer"ə qoşulacaq. Gənc qapıçı Leverkuzen klubuna azad agent statusu ilə transfer olub.

Xəbər xətti