"Real" maaşları aşağı endirdi

23:17 - 8 Aprel 2020

İspaniyanın "Real" klubu koronavirus pandemiyası səbəbi ilə maaşları azaldıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, basketbol və futbol komandalarının üzvrlərinin məvacibləri 10-20 faiz aşağı salınıb. Bununla da klub digər əməkdaşların məvaciblərini olduğu kimi ödəyə biləcək.

 

Öncə "Barselona" və "Sevilya" klubları futbolçuların maaşını 70 faiz azaltmışdı.

Xəbər xətti