"Keşlə" 200 ailəyə yardım etdi - FOTOLAR

10:28 - 10 Aprel 2020

"Keşlə" klubu Nərimanov və Nizami rayon İcra Hakimiyyətləri ilə birlikdə "Siz evdə qalın, biz sizə gələk" adlı kampaniya keçirib.


Sportal.az xəbər verir ki, aprelin 9-da Nərimanov və Nizami rayonları ərazisində yaşayan 200 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb. 

 

Aksiyada klubun işçi heyəti, əsas komandanın məşqçilər korpusu və futbolçular iştirak ediblər. 


 

Xəbər xətti