PSJ-dən "Arsenal"a keçir

13:10 - 17 Aprel 2020

“Arsenal” PSJ-nin müdafiəçisi Levin Kurzava ilə razılığa gəlib.

 

Sportal.az xəbər verir ki, Paris klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 27 yaşlı müdafiəçi London təmsilçisinə azad agent kimi keçəcək. Fransız futbolçu "topçular"la 5 illik müqavilə imzalayacaq.

 

PSJ Kurzavanı 2015-ci ildə "Monako"dan transfer etmişdi.

Xəbər xətti