Avrokuboklarda yeni mövsümün başlayacağı vaxt

11:27 - 18 Aprel 2020

Koronavirus pandemiyası Avropa kuboklarının yeni mövsümünə də təsir etdi.

 

Sportal.az sport.es-ə istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinə oktyabrın 21-i, Avropa Liqasının qrup mərhələsinə isə oktyabrın 22-si start veriləcək.

 

Azərbaycan klublarının da qatılacağı təsnifat yarışları iyulun sonları və ya avqustun əvvəli başlanılması planlaşdırılır.

 

UEFA yeni mövsümə başlamaq üçün Çempionlar Liqası və Avropa Liqasını iyulun 31-dək başa çatdırmaq istəyir.

Xəbər xətti