Zlatan İbrahimoviç öz klubuna transfer ola bilər - idman direktoru açıqladı

11:34 - 12 May 2020

Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç karyerasını İsveçdə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, isveçli hücumçunun səhmlərinin bir hissəsinə sahib olduğu "Hammarbü" klubunda oynamaq ehtimalı var. Bu barədə "ağ-yaşıllar"ın idman direktoru Yesper Yansson məlumat verib:

 

"Zlatanın növbəti mövsüm kontraktlı şəkildə bizdə oynamaq ehtimalı var. Ancaq bununla bağlı rəsmi addım atılmayıb, ancaq İbrahimoviç necə istəsə, elə də olacaq. Onu kifayət qədər yaxşı tanıdığımı düşünürəm. O, qərar versə, bunu açıqlayacaq, əminəm. Onun klubumuzda oynamaq ehtimalı var".

 

İbrahimoviç koronavirusa görə elan olunan karantin günlərində "Hammarbü"də məşq edirdi.

Xəbər xətti