"Peresin məqsədi Neymarı transfer etmək idi"

PSJ-nin hücumçusu Neymarın keçmiş agenti Vaqner Ribeyro açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, keçmiş müştərisinin Paris klubunda qalacağını deyib:

 

"Fikrimcə, Neymar PSJ-də qalacaq, çünki transfer bazarı fərqli olacaq. Dünya futbolunun iqtisadiyyatı dəyişəcək. Keçmişdə bir neçə dəfə Madridə getmişdim. "Real"ın prezidenti Florentino Peresin məqsədi Neymarı almaq idi. Ötən ilin may ayında onun kabnetində əyləşdim və söhbətləşdik. Mənə Neymarı transfer etmək istədiklərini dedi".

 

PSJ 27 yaşlı futbolçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.

Tarix: 19 May [19:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 İyun 2020
4  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected]l.ru | site by Five studio