Azərbaycanlı idman jurnalisti və anası koronavirusa yoluxdu

00:22 - 22 May 2020

Azərbaycanlı idman jurnalisti, supersport.az saytının baş redaktoru Anar Cəfərsoy koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat yayıb:

 

"Allah koronavirusu məhv etsin. Allahın köməkliyi ilə koronavirusla mübarizə davam edir. Uca Tanrım ağır durumda olan anama şəfa versin.

 

Özüm də koronavirusa yoluxmuşam. İki həftədir güclü öskürək, temperatur hücuma keçib. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu.

 

Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".

Xəbər xətti