"Liverpul" Traore üçün 70 milyon ödməyə hazırdır

"Liverpul"un transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.

 

Sportal.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, "qırmızılar" "Vulverhempton"un yarımmüdafiəçisi Adama Traoreni rənglərinə bağlamaq istəyir. Məlumata görə, "Liverpul" bu keçid üçün 70 milyon avro təzminat ödəməyə hazırdır.

 

Xəbərdə "Barselona"nın yetirməsi ilə "Mançester Siti"nin də maraqlandığı qeyd edilib.

 

24 yaşlı vinger bu mövsüm 41 oyunda 6 qol vurub, 10 assist edib. "Vulverhempton" ispan futbolçunu 2018-ci ildə "Midlzbro"dan 20 milyon avroya transfer edib.

Tarix: 25 May [14:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio