SOCAR-ın pulu Premyer Liqa klubları arasında bərabər bölünsün!

«Qəbələ» SOCAR-ın klublara ayırdığı vəsatin AFFA tərəfindən bərabər səviyyədə bölünməsini təklif edib.

 

Sportal.az-ın məlumatına görə, «qırmızı-qaralar» bununla bağlı federasiya qarşısında məsələ qaldırıb.

 

Əyalət təmsilçisi mövcud şəraitin Premyer Liqada mübarizə aparmağa problem yaratmasını önə çəkib. «Qəbələ»lilər neft şirkətinə məxsus vəsaitin yalnız 3-4 kluba sərf olunmasını düzgün saymadıqlarını və yeni mövsümədək bu məsələyə bir daha baxılmasını istəyib.

 

Onların fikrincə, AFFA ümumi məbləği elita mənsubları arasında bərabər bölərsə, həm çempionatda rəqabət güclənər, həm də klubların fəaliyyətini dayandırmaq təhlükəsi ortadan qalxar (sportinfo.az).

Tarix: 25 May [22:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio