Ayaz Quliyev keçmiş komandasına qayıda bilər

10:25 - 31 May 2020

"Rostov" "Spartak"da əvəzedici heyətə göndərilən Ayaz Quliyevlə maraqlanır.

 

Sportal.az "Championat"a istinadla xəbər verir ki, tərəflər tezliklə danışıqlara başlayacaq.

 

"Rostov" 23 yaşlı yarımmüdafiəçini 2018-ci ildə "Spartak"dan 500 min avroya transfer etmişdi. Moskva təmsilçisi 6 ay sonra 1 milyon avro ödəyərək, Quliyevi geri qaytarmışdı.

 

Ayaz Quliyev bu mövsüm 15 oyun keçirib.

 

Xəbər xətti