UEFA-nın vacib toplantısı

11:37 - 17 İyun 2020

Bu gün UEFA İcraiyyə Komitəsinin onlayn iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, toplantıda koronavirusa görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının 2019/2020 mövsümünün yerdə qalan oyunları, 2020/2021 mövsümü üçün avrokubokların təsnifat, pley-off və qrup mərhələləri ilə bağlı məsələyə baxılacaq.

 

Bundan əlavə, AÇ-2020-nin keçirilmə yeri və oyunların təqvimi, AÇ-2020-nin pley-off mərhələsi, UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün təqviminin yenidən qurulması, 21 yaşadək futbolçular arasında Avropa çempionatının təqvim və formatı məsələsi müzakirə ediləcək.

 

İclasdan sonra - Bakı vaxtı ilə 17:30-da isə UEFA prezidenti Aleksander Çeferinin onlayn mətbuat konfransı baş tutacaq.

Xəbər xətti