"Sumqayıt" tarixində ilk dəfə Avropa kuboklarında

14:43 - 18 İyun 2020

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, koronavirus pandemiyasına görə Azərbaycanda 2019/2020 futbol mövsümü başa çatdırılıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın turnir cədvəlində 4-cü olan “Sumqayıt” Avropa Liqasına vəsiqə qazanıb.

 

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda tarixində ilk dəfə qitə yarışlarında mübarizə aparacaq.

 

Avropa Liqasında Azərbaycanı "Sumqayıt"la yanaşı, “Neftçi” və “Keşlə”, Çempionlar Liqasında isə “Qarabağ” təmsil edəcək.

Xəbər xətti