"Keşlə"də daha iki müqavilə

16:09 - 26 İyun 2020

“Keşlə” daha iki futbolçusu ilə müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qapıçı Rəşad Əzizli və müdafiəçi İlkin Qırtımov daha bir mövsüm "ağ-qırmızılar"da çıxış edəcək.

 

Bundan öncə paytaxt təmsilçisi Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə yeni müqavilə imzalamışdı. "Keşlə" Tural Axundov və Şəhriyar Əliyevi də transfer edib.

 

Xəbər xətti