Donald Gerye "Qarabağ"da

18:57 - 1 İyul 2020

"Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"a qayıdıb.

 

Sportal.az xəbər verir ki, haitili cinah futbolçusunun keçidi tezliklə rəsmi şəkildə açıqlanacaq.

 

Gerye sosial şəbəkə hesabında keçmiş klubuna qayıtdığını bəyan edib: "Evin sehrli tərəfi ayrılmağın yaxşı, geri dönməyin daha da yaxşı hiss etdirməsidir. Geri qayıtdım. Anlaşma tamamdır".

 

31 yaşlı futbolçu Ağdam klubu ilə 1+1 illik müqavilə imzalayacaq. Gerye ötən mövsüm "Neftçi"də 14 oyun keçirib, 1 qol vurub və 2 assist edib. Haiti millisinin üzvü 2017-2019-cu illərdə "Qarabağ"da oynamışdı.

Xəbər xətti