Ermənistan futbolunda rəzalət

16:55 - 4 İyul 2020

Ermənistanın I divizionunda mövsüm danışılmış oyunlara görə yarımçıq başa vurulub.

 

Sportal.az xəbər verir ki, UEFA-dan Ermənistan Futbol Federasiyasına daxil olan məlumatlardan sonra hüquq-mühafizə orqanları araşdırmalar aparıb. Nəticədə federasiya 5 klubu - “Araqats”, “Torpedo”, “Masis”, “Lokomotiv” və “Yerevan”ı çempionatdan uzaqlaşdırıb.

 

Bundan əlavə, 45 nəfərə futbolla əlaqəli işlər ömürlük qadağan olunub. 13 işbaza isə bir neçə illik cəza verilib.

 

Yerli mətbuatına məlumatına görə, cəzalandırılan şəxslər arasında Rusiya, Ukrayna, Latviya və Belarus vətəndaşı olan futbolçular d var.

 

Federasiyanın İcraiyyə Komitəsi yekdillikdə hazırkı mövsüm üçün birinci liqanın dayandırılmasına qərar verib. Yarışın qalibi məsələsi haqda qərar isə yaxın günlərdə açıqlanacaq.

Xəbər xətti