"Araz"ın 15-ci çempionluğu

15:35 - 6 İyul 2020

Futzal üzrə Yüksək Liqada 2019/2020-ci il mövsümünə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, “Araz” 15 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.

 

Bu, sayca 27-ci ölkə çempionatı idi. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında təşkil olunub.

 

İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
 

MÖVSÜM  ÇEMPİON

1993           “Nicat”  (Bakı)

1994/95      “Azadə”

1995/96      “Avtomobilçi”

1996/97      “Avtomobilçi”

1997/98      “Avtomobilçi”

1998/99      “Azərneftyanacağ”

1999/00      “Azərneftyanacağ”

2000/01      “Turan AIR”

2001/02      “Turan AIR”

2002/03      “Tribut”

2003/04      “Turan AIR”

2004/05      “Araz”

2005/06      “Araz”

2006/07      “Araz”

2007/08      “Araz”

2008/09      “Araz”

2009/10      “Araz”

2010/11      “Araz”

2011/12      “Araz”

2012/13      “Araz”

2013/14      “Araz”

2014/15      “Khazar Islands”

2015/16      “Araz”

2016/17      “Araz”

2017/18      “Araz”

2018/19      “Araz”

2019/20      “Araz”.

Xəbər xətti