"Roma" Kluyverti satmağa hazırlaşır

17:31 - 9 İyul 2020

"Roma" cinah futbolçusu Castin Kluyvertlə yollarını ayırmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Paulu Fonseska 21 yaşlı oyunçunu gələcək planlarında görmür.

 

Niderlandlı futbolçunun "Arsenal"ın hədəfində olduğu iddia edilsə də, rəsmi təklif yoxdur. "Roma" gənc vinger üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

 

Kluyvert bu mövsüm 29 oyunda 7 qol vurub, 2 assist edib.

Xəbər xətti