UEFA 1/8 finalın oyunları ilə bağlı qərar verdi

00:00 - 10 İyul 2020

UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin keçirilməyən oyunları ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının cavab matçlarında meydan sahibləri evdə rəqiblərini qəbul edəcək. ÇL-də baş tutacaq 4 oyun azarkeşsiz keçiriləcək.

 

Avropa Liqasının 1/8 finalının təxirə salınan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütünün qalibi bir oyundan sonra müəyyənləşəcək. Hər iki görüşün Almaniyada keçirilməsinə qərar verilib. Bu komandaların ilk oyunu keçirilməmişdi.

 

Çempionlar Liqasının 1/4 final oyunları "8-lər finalı" formatında Portuqaliyada keçiriləcək. Avropa Liqasının qarşılaşmaları isə Almaniyada baş tutacaq.

Xəbər xətti