"Başakşəhər" 7 qol vurulan oyunda uduzdu - VİDEO

10:10 - 14 İyul 2020

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Başakşəhər" səfərdə "Konyaspor"a 3:4 hesabı ilə uduzub. Meydan sahiblərinin 2 qolunu "Səbail"in keçmiş hücumçusu Faruk Miya vurub.

 

Super Liqada turnir cədvəlinə 66 xalla "Başakşəhər" başçılıq edir. "Trabzonspor" 62 xalla 2-ci pillədə qərarlaşıb. 33 xalı olan "Konyaspor" 14-cüdür.

 

"Konyaspor" - "Başakşəhər" - 4:3

Qollar: Faruk Miya, 20, 45+1, Ömər Əli Şahiner, 28, Skubiç, 85 - Edin Vişça, 3 (pen.), Demba Ba, 70, Elyer Elia, 77

 

Xəbər xətti