"Zenit" Dzyubanın müqaviləsini uzatdı

16:06 - 30 İyul 2020

Rusiyanın “Zenit” klubu hücumçusu Artyom Dzyubanın müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 31 yaşlı futbolçu ilə 2+1 illik sözləşmə bağlayıb.

 

Rusiya millisinin üzvü ötən mövsüm 36 oyunda 21 qol vurub, 15 assist edib.

Xəbər xətti