Almaniya millisinin üzvü 32 yaşında karyerasını başa vurdu

Almaniya millisinin futbolçusu Sandro Vaqner karyerasını bitirib.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu məşqçi olmağı planlaşdırdığını açıqlayıb.

 

Sandronun son klubu Çin təmsilçisi “Tyantsin Teda” olub. O, “Verder”, “Hoffenhaym”, “Bayern” (Münhen), “Herta” kimi klublarda da çıxış edib. Vaqner Almaniya millisində keçirdiyi 8 oyunda 5 qol vurub. Hücumçu qollardan birini DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin qapısından keçirib.

Tarix: 3 Avqust [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio