Nobre baş məşqçi təyin olundu

18:42 - 3 Avqust 2020

Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Mert Nobre çalışdıracaq. Klub braziliyalı mütəxəssislə 1+1 illik müqavilə imzaladığını açıqlayıb.

 

Nobre Türkiyədə "Fənərbaxça", "Mersin İdmanyurdu", "Beşiktaş", "Kayserispor", "Ərzurumspor" və "Gənclərbirliyi" klublarında çıxış edib. 39 yaşlı mütəxəssis "Akhisar" və "Hatayspor" klublarında məşqçi çalışıb.

Xəbər xətti