"Mançester Siti"dən "Barselona"ya keçir

17:44 - 6 Avqust 2020

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya keçmək üzrədir.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib:

 

"Qarsiya müqaviləsini uzatmaq istəmir. Fikrimcə, komandadan ayrılmaq istəyir və başqa klubda oynamağı arzulayır".

 

İngiltərə mətbuatının məlumatına görə, 19 yaşlı müdafiəçinin ilk seçimi "Barselona"dır. İspaniyalı mərkəz müdafiəçis katalonlarla danışıq aparır.

 

Qarsiyanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatır. O, 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından Mançester təmsilçisinə keçib. Qarsiya ötən mövsüm əsas komandada 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti