"Neftçi"nin rəqibini yaxından tanıyaq

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi 1927-ci ildə yaradılıb. Klub prezidenti Aydın Ölgün, baş məşqçi Qatip Osmanidir. Komanda ev oyunlarını 6000 tamaşaçı tutumuna malik olan "Çair” stadionunda keçirir.


3 dəfə ölkə çempionu (1998/1999, 1999/2000, 2000/2001), bir o qədər də ölkə kubokunun (1995/1996, 1999/2000, 2003/2004) qalibi olan "Şkupi” 2019/2020 mövsümünü 5-ci pillədə başa vurub. Lakin çempion "Vardar” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Şimali Makedoniyanı qitəmiqyaslı turnirdə 2-5-ci yerləri tutan komandalar təmsil edirlər.


Adətən, avrokuboklarda uğursuz çıxış edən Skopye təmsilçisi 2019/2020 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində "Pünik” (Ermənistan) klubuna məğlub olub – 1:2, 3:3.

 

"Şkupi”nin heyətində şimali makedoniyalılarla yanaşı, Rusiya, Braziliya, Seneqal, Qvineya, Qambiya və Kosta-Rikadan olan əcnəbilər yer alır.

 

Ümumiyyətlə, "Şkupi” "Neftçi”yə tanış rəqibdir. Paytaxt təmsilçisi Skopye təmsilçisi ilə 2018-ci ilin yayında yoxlama oyunu keçirmiş, Namik Ələskərov və Mirabdulla Abbasovun vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlmişdi.

Tarix: 10 Avqust [16:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio