Çempionlar Liqasında texniki məğlubiyyət

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində "Linfild"lə oyun öncəsi iki futbolçusu koronavirusa yoluxan "Drita"ya texniki məğlubiyyət verib.

 

Sportal.az xəbər verir ki, Kosovo təmsilçisi Şimali İrlandiya klubunu avqustun 11-də qəbul etməli idi. Lakin meydan sahiblərinin iki futbolçusunda Covid-19 aşkarlandığı üçün komanda karantinə alınmışdı.

 

UEFA açıqlamasında "Drita"ya 0:3 hesablı texniki məğlubiyyət verildiyini və "Linfild"in I təsnifat mərhələsinə yüksəldiyini qeyd edib.

 

"Linfild" I təsnifat mərhələsində Polşa çempionu "Legiya" ilə qarşılaşacaq.

Tarix: 13 Avqust [10:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio