İbrahim Şehiçin yeni klubu məlum oldu - RƏSMİ

21:30 - 13 Avqust 2020

Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor"dan ayrılan İbrahim Şehiçin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bosniyalı qapıçı "Konyaspor"a transfer olub. Super Liqa təmsilçisi 31 yaşlı qapıçı ilə 2+1 illik müqavilə imzalayıb. İbrahim yeni klubunda 13 nömrəli formada çıxış edəcək.

 

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

 

Qapıçı 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.

Xəbər xətti