Elmar Baxşıyev: "Güclənməyə ehtiyac var"

“Qəbələ” 2020-2021-ci illər mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda “Neftçi” ilə üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev qarşılaşma (1:2) barədə fikirlərini klubun saytına açıqlayıb: 

 

“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.

Tarix: 15 Avqust [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio