"Qarabağ"ın itirdiyi milyonlar

Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Mölde" klubuna uduzan "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.  

 

Sportal.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasında III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.

 

Çempionlar Liqasının pley-offuna yüksələn "Mölde" isə büdcəsini daha 7 milyon avro zənginləşdirib. Norveç təmsilçisi pley-offda Macarıstanın "Ferensvaroş" klubu ilə mübarizədə ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.

 

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,92 milyon avro ilə zənginləşdirəcək.

 

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

Tarix: 17 Sentyabr [00:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2020
26  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio