“Qarabağ”ın Avropa Liqasında potensial rəqibləri

Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə mübarizədən məğlub ayrılan (0:0, penaltilər – 5:6) “Qarabağ” qitəmiqyaslı yarışlarda yoluna Avropa Liqasında davam edəcək. Ağdam təmsilçisi bu turnirin pley-off mərhələsində mübarizə aparacaq.
 
Avropa Liqasında hələ II təsnifat mərhələsi yekunlaşmadığı üçün təmsilçimizin potensial rəqibləri ilə bağlı da qarışıq vəziyyətdi. Hələlik yalnız onu demək olar ki, ÇL-in III təsnifat mərhələsində mübarizəni dayandıran bütün komandalar kimi “Qarabağ” da səpələnmişlər səbətində yer alacaq. Bununla belə, püşkün “Qarabağ”a güclü komandalardan birini rəqib etməsi mümkündü. AL-də bu gün keçiriləcək II təsnifat mərhələsi oyunlarından sonra daha dəqiq nəsə söyləmək olar.
 
Hələlik “Qarabağ”ın 29 potensial rəqibi var. Düzdü, say 30-du, ancaq Ermənistanın “Ararat” klubu iki ölkə arasındakı münaqişəyə görə püşkdə Azərbaycan təmsilçisi ilə düşə bilməz. Bu gün “Ararat” Lüksemburq “Fola”sını mübarizədən kənarlaşdırsa, deməli, Sloveniya “Çelye”si də potensial rəqiblərin siyahısından silinəcək. Hələlik isə biz həm “Fola”nı, həm də “Çelye”ni bu siyahıya daxil etməliyik.
 
“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri aşağıdakılardı:
 
“Ludoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)
“Riqa” (Latviya)/”Tre Fiore” (San-Marino) – “Seltik” (Şotlandiya)
“Sarayevo” (Bosniya və Herseqovina) – “Astana” (Qazaxıstan)/”Buduçnost” (Monteneqro)
“Legiya” (Polşa) – “Sileks” (Şimali Makedoniya)/”Drita” (Kosovo)
“Şerif” (Moldova) – “İnter” (Andorra)/”Dandolk” (İrlandiya)
“Yurqorden” (İsveç)/”Europa” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
KuPS (Finlandiya)/”Slovan” (Slovakiya) – “Suduva” (Litva)
“Klaksvik” (Farer adaları) – “Konnahs Kuey” (Uels)/”Dinamo” (Tblisi Gürcüstan)
“Linfild” (Şimali İrlandiya)/”Floriana” (Malta) – “Flora” (Ettoniya)/”Reyktavik” (İslandiya)
“Ararat” (Ermənistan)/”Fola” (Lüksemburq) – “Çelye” (Sloveniya)
 

Avropa Liqasında pley-off mərhələsinin püşkü sabah atılacaq.

 

Tarix: 17 Sentyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2020
21  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio