"Liverpul" Tyaqonun transferini açıqladı

22:22 - 18 Sentyabr 2020

"Liverpul" "Bayern"in yarımmüdafiəçisi Tyaqo Alkantaranın transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə bağlayıb.

 

Mersisaydlılar bu keçid üçün 28 milyon avro təzminat ödəyib. Alkantara yeni komandasında 6 nömrəli formada çıxış edəcək.

 

"Bayern" İspaniya millisinin üzvünü 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo ötən mövsüm 35 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti