"Liverpul" portuqaliyalı futbolçunun transferini açıqladı

20:09 - 19 Sentyabr 2020

"Liverpul" daha bir transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" "Vulverhempton"un vingeri Dioqu Jotanı rənglərinə bağlayıb. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

 

Mersisaydlılar bu keçid üçün 42 milyon avro təzminat ödəyib. O, yeni komandasında 20 nömrəli formada çıxış edəcək.

 

"Vulverhempton" portuqaliyalı futbolçunu 2018-ci ildə Madrid "Atletiko"sundan 14 milyon avroya transfer edib.

Xəbər xətti