"Sabah"da məşqçi dəyişikliyi

“Sabah”ın əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub.

 

Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev isə bundan sonra "Sabah" Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.

 

Əvəzedici komandamıza yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. U-17 komandamız 2019/20-ci il mövsümünü çempion kimi başa vurub.

Tarix: 24 Sentyabr [13:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio