"Qarabağ" "Qalatasaray" və "Fənərbağça"dan öndə

15:05 - 23 Oktyabr 2020

Avrokuboklarda qrup mərhələsinin ilk turundan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycanın ən yüksək göstəriciyə malik təmsilçisi "Qarabağ"dı. Bu mövsüm aktivinə 3 xal əlavə edən Ağdam klubu ümumi 21,000 xalla qitənin 64-cüsüdü. "Atlılar" bu pilləni "Styaua" (Rumıniya) ilə bölüşür. Təmsilçimiz "Milan", PSV kimi komandalardan 1 xal geri qalır, eyni zamanda "Qalatasaray", "Fənərbağça", "Qlazqo" kimi kollektivlərdən öndə qərarlaşıb.

Azərbaycan klubları arasında ikinci ən yaxşı göstərici "Qəbələ"dədi. "Qırmızı-qaralar" 5,500 xalla 198-207-ci pillələri bölüşür. "Neftçi" isə 5,000 xalla 222-227-ci yerlərə şərikdi.

"Keşlə", "Sumqayıt", "Zirə", "Səbail" və "Kəpəz" də siyahıda yer alıb. 3,325 xalı olan bu komandalar (bu həm də ölkənin ümumi orta əmsalıdı) 301-305-ci pillələri bölüşdürür.

Xəbər xətti