İsrafilov işə yaramadı

11:14 - 29 Oktyabr 2020

İspaniya II Liqasında IX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" doğma meydanda "Las Palmas"la heç-heçə edib 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Eddi 90+8-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Albasete” 9 turdan sonra 9 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti