İbrahimoviç İsveçin ən yaxşısı oldu - 12-ci dəfə

13:36 - 25 Noyabr 2020

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveçdə 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, bununla da 39 yaşlı hücumçu 12-ci dəfə ölkəsində "Qızıl top"un sahibi olub. Bu isə rekord göstəricidi.

İbrahimoviç 2005-ci ildə və 2007-2016-cı illər arasında ardıcıl 10 dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilmişdi.

Xəbər xətti