Prosineçki istefaya göndərildi

15:19 - 25 Noyabr 2020

"Denizlispor" baş məşqçisi Robert Prosineçki ilə yolları ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvat mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Mövsümün əvvəlində Türkiyə klubuna baş məşqçi təyin olunan Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisini çalışdırıb.

Xəbər xətti