"Makkabi" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

12:57 - 1 Dekabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcəyi "Makkabi" meydana ciddi itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, cəzalı olduğu üçün Enrik Saborit matçı buraxacaq. İspaniyalı müdafiəçi "Vilyarreal"la oyunda sarı vərəqə limitini doldurub. Sözügedən matçda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.

Dekabrın 3-də İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbər xətti