Məşhur mütəxəssis karyerasını başa vurur

12:07 - 2 Dekabr 2020

"Feyenoord"un baş məşqçisi Dik Advokat bu mövsümün sonunda karyerasını başa vuracaq.

Sportal.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Dik Advokat hələ Türkiyənin "Fənərbağça" klubunu çalışdırarkən, 2017-ci ildə karyerasını bitirəcəyini söyləmişdi. Lakin ondan sonra təcrübəli məşqçi Niderland yığmasında, həmçinin "Sparta" və "Utrext"də çalışıb. O, məşqçiliyə 1980-ci ildə başlayıb.

Xəbər xətti