"Qarabağ"ın rəqibində daha bir itki

13:30 - 5 Dekabr 2020

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi "Vilyarreal" daha bir futbolçusunun xidmətindən məhrum olub.

Moi Qomes sıradan çıxıb. La Liqanın XI turunda "Real Sosyedad"la oyunda zədələnən Qomes növbəti oyunda komandasına kömək edə biləməyəcək.

Bundan başqa, Alberto Moreno da komandasının bu həftəki oyununu buraxacaq.

Daha əvvəl "Vilyarreal"ın digər üzvü Karlos Bakkanın "Qarabağ"la oyunu buraxacağı dəqiqləşmişdi.

Dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər xətti